Nazirin `bal ayı` başa çatır

Belə ki, yarmarkaya yalnız arıxanalarını yerli baytarlıq idarələrində qeydiyyatdan keçirmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb. Yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasında gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kiloqram keyfiyyətsiz balın satışına icazə verilməyib.
Yarmarkada Naxçıvan Muxtar Respublikasından və ölkənin 40 rayonundan 438 arıçı iştirak edir, satışa 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına şərait yaradılıb.
Beləliklə, bir ay davam edən yarmarka başa çatmaq üzrədir. Keyfiyyətli bal və digər arıçılıq məhsulları almaq istəyirsinizsə, tələsin.
AzVision.az