Ağır yol qəzası: ölən və yaralananlar var

Ağır yol qəzası:  ölən və yaralananlar var
  29 Oktyabr 2014    Oxunub:1499
Bakıda ağır yol qəza-hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “Honda” markalı minik avtomobilinin yol ayrıcındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

Nəticədə avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 qadın, 1 kişi), 4 azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti