Sumqayıtda binaların `penoplast` üzlükləri sökülür - FOTO

Sumqayıtda binaların `penoplast` üzlükləri sökülür - FOTO
  20 May 2015    Oxunub:19937
Ötən gün Bakının Binəqədi rayonunda baş verən faciəli yanğından sonra paytaxtın bəzi yerlərində binaların “penoplast” üzlüklərinin sökülməsinə başlanılıb.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Sumqayıtda da bu gün səhər saatlarından başlayaraq binaların “penoplast” üzlükləri sökülür.

Bu barədə AzVision.az-a Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, söküntü şəhərin mərkəzi hissəsində aparılır.

Qeyd edək ki, ötən gün Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın zamanı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.



Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti