`Müxalifət bu faciəyə sevinir` - Siyavuş Novruzov

`Müxalifət bu faciəyə sevinir` - Siyavuş Novruzov
  20 May 2015    Oxunub:4163
"Binəqədidə baş verən hadisə dünyanın hər yerində yaşana bilər. Azərbaycan dövlətinin strukturları buna operativ reaksiya verdilər. Kimlərinsə öz məqsədləri üçün bundan istifadə etməsi azərbaycançılığa zidd hərəkətdir. Belə insanlardan xalq, millət üçün nəsə gözləməyə dəyməz".
Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O vurğulayıb ki, özgəsinin faciəsindən istifadə edərək hadisəni başqa cür təqdim etmək düzgün deyil: "Bəzi müxalif qüxalifət sevinir. Belə adamlardan nə desən, gözləmək olar. Bilirsiz ki, neftdən gələn gəlirlər sosial problemlərin həll olunmasına istifadə edilir. Başqa bir faktı deyim: xaricdə Azərbaycanla bağlı mənfi qərar qəbul ediləndə bunlara xoş təsir edir. Onların xisləti budur. Öz maraqlarını xalqın maraqlarından üstün tuturlar. Ona görə müxalifətin sıraları seyrəlir".

S.Novruzov bildirib ki, yanğınla bağlı dövlət bütün addımları atır: "Hadisədən zərərçəkənlərə kompensasiyaların ödənilməsi, mənzillə təmin edilməsi ilə əlaqədar xüsusi komissiya yaradılıb. Təbii ki, kimsə təqsirkardırsa, cəzasını çəkəcək. Bütün hallarda belə məsələlərdə həmrəy olmalıyıq".

Qeyd edək ki, Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq - 200/36 ünvanındakı yaşayış binasında baş vermiş yanğında 15 nəfər dünyasını dəyişib, 50 nəfərə yaxın isə yaralanıb və ya zəhərlənib.


Teqlər:  





Xəbər lenti