Elşad Abdullayevin oğurluğu təsdiqləndi
Belə ki, E.Abdullayevin olduğu kimi köçürdüyü bu kitab 1988-ci ildə Moskvanın "Proqress" nəşriyyatı tərəfindən (hüquq elmləri namizədi D.İ.Vasilyev və V.D.Karpoviçin rus dilinə tərcümə edilib, hüquq elmləri doktoru S.V.Bobotovun redaktorluğu və giriş sözü ilə) çap olunmuş görkəmli fransız alimi professor Gi Brebanın "Fransanın inzibati hüquq" ("Franüuzskoe administrativnoe pravo") kitabıdır.
Beləliklə, “Təzadlar"ın araşdırma qrupunun böyük əziyyətləri sayəsində E.Abdullayevin oğurlayıb öz adına çıxdığı kitabın və həmçinin Fransız alim Gi Bremanın məlum kitabının əldə edilmiş variantlarının (fransız dilində olan orijinalı, rus dilində olan tərcümə kitabı) kserosurəti çıxarıldıb. Sonra onların müstəqil rəyləri öyrənilib, müqayisəli təhlillər aparılıb. Ortaya dəhşətli faktlar, yəni oğurluq faktları çıxıb. Məlum olur ki, E.Abdullayev Fransız alim Gi Bremanın kitabını başdan ayağa (rus dilindəki variantdan) köçürərək öz adına çıxıb, dərs vəsaiti kimi tədrisinə Təhsil Nazirliyindən icazə də alıb.
Doktorluq elmi işi oğurluq olduğundan müdafiə edildiyi Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ilin dekabrın 25-də ləğv edilən E.Abdullayevin həm də öz adına çıxıb bir zamanlar dərs vəsaiti kimi kütləvi tirajla nəşr etdirdiyi kitabları da plagiatdır.
Onu da qeyd edək ki, “Təzadlar"ın araşdırma qrupunun topladığı sənəd və sübutlar Fransanın Azərbaycandakı Səfirliyinə təqdim olunub. Fransaya sığınan Elşad Abdullayevin bu plagiatlıq hərəkətini sübut edən faktlara, görəsən, Fransanın reaksiyası necə olacaq?
Teqlər: