"Gömrük tarifi haqqında" qanun qəbul olundu
O, layihənin dili ilə bağlı iradların nəzərə alındığını söyləyib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Vitse-spiker Ziyafət Əsgərov ikinci oxunuşda etiraz olmadığı üçün qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasını təklif edib.
Vitse-spiker Valeh Ələsgərov söz alaraq layihədə kommersiya və kompensasyia sözlərinin əvəzlənməsini istəyib. Onun sözlərinə görə, kommersiya sözünü ticari sözü ilə əvəz etmək olar.
Ələsgərov qeyd edib ki, “kompenssiya” sözü “əvəzini ödəmək” deməkdir. O, kompensasiya sözünün də əvəzlənməsini istəyib: “Bu qanunu hazırlayan Azərbaycan dilini bilmirsə, yanında Azərbaycan dilini biləni əyləşdirək. Bu, qanundur, bədii əsər deyil”.
Ziyad Səmədzadə isə dünən 3-4 saat bu terminlərin mahiyyətinin açıqlanması ilə məşğul olduqlarını bildirib: “Kompensasiya kimi məsələlərlə bağlı ümumi razılıq var. Valeh müəllimin qaldırdığı məsələ düzdür. Çalışaq ki, qanun layihələrimizdə xarici sözlər minimum az işlədilsin. Bu məsələyə adi baxmaq olmaz. Burada söhbət dilin təhlükəsizliyindən gedir. Komitə sədrlərinə bildirəm ki, dil məsələsinə diqqətli yanaşıb, ciddi olsunlar. Beynəlxalq sözlərin işlədilməli olduğunu deyirsiniz, bəs Azərbaycan sözləri nə vaxt işlədiləcək?!”.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sevinc