"Artsax bayrağı"nızı yığışdırıb Ermənistana qayıdın" - Sülhməramlı

"Artsax bayrağı"nızı yığışdırıb Ermənistana qayıdın" -    Sülhməramlı
  04 Avqust 2022    Oxunub:1653
Ermənistanın ölkəmizə qarşı artan təxribatları, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribat əməlləri cavabsız qalmadı. Ordumuzun “Qisas” əməliyyatı nəinki ermənilərin işğaldan azad olunan ərazilərdə olan qanunsuz silahlı dəstələrində, elə İrəvanın özündə də şok effekti yaratdı.
Anti-Putin aksiyaları, fəllaşan SOROS: Kreml Paşinyanı bağışlayacaqmı?
Belə bir mənzərə fonunda erməni cəmiyyətinin Rusiyaya, rusların sülhməramlı missiyasına olan aqressiya da artıb. Yerli mediada, sosial şəbəkələrdə gedən paylaşım və yazılarda "sülhməramlıların heç bir funksiyası yoxdur" kimi ifadələrdən istifadə olunur. Bu gün isə saytlardan biri diqqətçəkən yazı dərc edib. Məqalənin müəllifi keçmiş hərbçilərdən birinin başına gələn hadisəni qabardaraq, rus hərbçilərin Azərbaycandakı fəaliyyətini sərt şəkildə tənqid edib.

Məqalədə yazılıb: "Keçmiş hərbçi Aram Tavakkulyan son hadisələrlə bağlı cəmiyyətə müraciət edərək soruşub ki, “Rusiya sülhməramlıları nə işlə məşğuldurlar? Bu sualı yüzüncü dəfədir eşidirəm. Cavabı sizə mən deyəcəyəm. Diqqətlə qulaq asın.

Bir neçə ay əvvəl mən hələ xidmətdə olarkən qurduğumuz çadırlara tərəf atəş açıldı. Onlara zəng edib, xəbər verdik, hadisəni məruzə elədik. Bizə dedilər ki, siz atəş açmayın. Gözləyin, ruslar gələcəklər və sübut kimi haradan atəş açıldığını göstərərsiniz. Gözlədik, gözlədik...



Ruslar 4-5 gündə ən yaxşı halda bir dəfə gəlir, şəkil çəkdirir, guya hadisə yerindən çəkilişlər aparırdılar. Bir dəfə dözə bilməyib soruşdum ki, nə vaxta qədər belə atəş olacaq və biz də cavab verməyəcəyik? Cavab: "Sən də onları vur" oldu.

Həmçinin mənə dedi ki, "Yaxşı, icazə verin, silahlarınızı yoxlayaq". Silahımı yoxladı və ondan atəş açılmadığını anladı. Sonra isə dedi ki, "bu sənin günahındır, postdan "Artsax" (Ermənilərin işğaldan azad olunan Qarabağ ərazilərinə verdiyi qondarma ad - red) "bayrağı"nı yığışdırıb, öz Ermənistanına get". Bax ruslar bu işlərlə məşğuldurlar”, - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Sülhməramlı   Rusiya   Qarabağ  







Xəbər lenti