"Surmalu" hadisəsinə görə 50-dən çox erməni dindirilib

   "Surmalu" hadisəsinə görə    50-dən çox erməni dindirilib
  17 Avqust 2022    Oxunub:390
İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı 50-dən çox adam dindirilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İrəvandan vətəndaşlara çağırış: "Pirotexnik məhsulları polisə təhvil verin"
Qeyd olunur ki, həm zərərçəkənlər, həm də ticarət mərkəzindəki piştaxtaların sahibləri dindirilib. Eyni zamanda “Surmalu” ticarət mərkəzinin sahibi hələ də dindirilməyib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan yanaraq kül olan ticarət mərkəzində ən azı 4 ton partlayıcının saxlandığını bildirmişdi.

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan  







Xəbər lenti