Maşallah Rəzmi: "İrandakı milli ayrı-seçkiliyə görə türklərə qarşı fərqli münasibət sərgilənir"

      Maşallah Rəzmi:    "İrandakı milli ayrı-seçkiliyə görə türklərə qarşı fərqli münasibət sərgilənir"
  30 Noyabr 2022    Oxunub:397
"Cənubi Azərbaycanda dörd problem var. Bunlar dil, mədəniyyət, ayrı-seçkilik, iqtisadiyyat məsələləridir. Dilimizi öyrənməyə imkan vermirlər, mədəniyyətimiz təhqir olunur. Ölkədə milli ayrı-seçkilik olduğu üçün türklərə qarşı fərqli münasibət sərgilənir. Bundan başqa, iqtisadiyyatımızı da pis vəziyyətə salırlar".
Bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert Maşallah Rəzmi söyləyib. Maşallah Rəzmi qeyd edib ki, ölkədə olan Əndəryan qızıl mədənləri mənimsənilir:

"Rusiya və İran qızıl və mis mədənlərini də birgə istifadə edirlər. Amma əvvəldən deyilirdi ki, bütün mədənlər xalqa aiddir. Lakin bunun tam əksi müşahidə olunur. Cənubda baş verən əsas problemlərdən biri də ekoloji məsələlərdir. Urmiya gölünün yaxınlığında 14 milyon insan yaşayır. Göldə 30 milyon kubdan çox su var idi. Hazırda isə gölün çox hissəsi quruyub".

O deyib ki, cənubda təxminən 30 milyon azərbaycanlı yaşayır: "Ölkədə olan 23 vəzirdən yalnız biri azərbaycanlıdır. İranın yarısı türklər olsa da, onlar hakimiyyətdə azlıq təşkil edir. Eyni zamanda, adi bir konsertdə də bizlərə çox yığışmağa icazə vermirlər. Çünki bizim birliyimizdən qorxurlar".

Teqlər:







Xəbər lenti