Arayikin qardaşı erməniləri südsüz qoyub

   Arayikin qardaşı erməniləri südsüz qoyub
  27 Yanvar 2023    Oxunub:509
Qarabağ erməniləri indi də südsüz qalmalarından gileylənirlər. AzVision.azxəbər verir ki, siyasi fəal Ani Kaqinyan Facebook səhifəsində diqqət çəkən məlumatlar paylaşıb.
O, Xankəndidən maraqlı informasiyalar aldığını deyib.

“Qarabağın (Ermənilər yaşayan ərazini nəzərdə tutur-red.) süd bazarında nə baş verir? Qarabağ erməniləri hətta müharibədən sonra da süd məhsulları ilə özünü həmişə təmin edib.
Müharibə vaxtı Arayikin elit inəkləri haqqında eşitmişdiniz. Onlar müharibədən sonra Kəlbəcərdən geriyə qaytarılmış, Laçın dəhlizi ilə başqa rayonlara gətirilmişdilər. İndi eyni inəklərdir, eyni sayda da heyvanlardan süd alınır. Bəs süd bazarında nə çətinlik yaranıb? Həmin inəklər indeksi tamamilə dəyişə bilər axı", - siyasi fəal gilrylənib.

Kaqinyan qeyd edib ki, yerli süd istehsalçıları ilə müqavilə bağlayan Arayikin qardaşı məhsulu 250 drama təhvil vermək öhdəliyini yerinə yetirirsə niyə problem yaranır? Əlbəttə əgər o fermadan ayrı-ayrı şəxslərə iki-üç dəfə baha süd satmırsa. Amma problemə yeni ad qoyulub ki, guya inəklərin südvermə qabiliyyəti aşağı düşüb. Sadəcə hərislik artıb. Süd zavodları 250 drama süd alıb, istehsal edib mağazalara göndərsə bütün sakinlər süd məhsullarından istifadə edə biləcəklər.

"Cənab Vardanyan, xahiş edirəm, bu məlumatları nəzərə alın. Çünki siz benzin bazarını tənzimləyirsiniz, eyni şeyi süd məhsulları bazarında da etmək olar”- Kaqinyan yazıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Qarabağ   Süd  







Xəbər lenti