İranda evlənmək və övlad sahibi olmaq istəyənlərin sayı azalıb

   İranda evlənmək və övlad sahibi olmaq istəyənlərin sayı azalıb
  30 May 2023    Oxunub:1023
Uzun illərdir ki, sərt sanksiyaların İran iqtisaiyyatına vurduğu sarsıdıcı zərbələr ölkədə çox ciddi sosial problemlər yaradıb. Bu hətta iranlı gənclərin ailə-uşaq sahibi olmaq imkanlarını və istəklərini də xeyli məhdudlaşdırıb.
AzVision.az xəbər verir ki, İranın “Əhali və Ailə sağlamlığı araşdırma mərkəzi”nin rəhbəri Xəlil Əli Məhəmmədzadə son 12 ildə ölkədə evlilik səviyyəsinin 40%, son 7 ildə isə uşaq sahibi olmaq istəyinin 35% azaldığını deyib. Onun sözlərinə görə, yaxın 30 ildə İran dünyada əhalisi ən yaşlı olan ölkələrdən birinə çevriləcək.

Maraqlıdır ki, nikahların və uşaqların doğum saylarının azalması İranın yüksək vəzifəli şəxslərinin, o cümlədən, rejim rəhbərinin ölkədə nikahların və əhalinin gənc sayının artmasını dəfələrlə vurğulaması ilə eyni vaxta düşür. Təsadüfi deyil ki, əksər ekspertlər İranın iqtisadi siyasətinin əhalinin firavanlığı siyasəti ilə tamamilə ziddiyyət təşkil etdiyini bildirirlər.

AzVision.az


Teqlər: İran   demoqrafiya  





Xəbər lenti