Anbardan 148 televizor oğurlayanlar tutuldu

   Anbardan 148 televizor oğurlayanlar tutuldu
  15 Yanvar 2025    Oxunub:314
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub. Faktlarla bağlı araşdırmlarar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti