Moldova beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana təhvil verib

Moldova beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana təhvil verib
  15 Yanvar 2025    Oxunub:283
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Moldovada tutularaq ölkəyə təhvil verilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Moldova səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Həsənov Emin Nazim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti