İcma BMT-nin Baş katibi və ali komissarına məktublar ünvanlayıb

İcma BMT-nin Baş katibi və ali komissarına məktublar ünvanlayıb
  14 Yanvar 2025    Oxunub:342
Qərbi Azərbaycan İcması BMT Baş katibi Antonio Quterreşə və qurumun insan hüquqları üzrə ali komissarı Folker Türkə məktublar ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İcmadan məlumat verilib. Bildirilib ki, son günlərdə Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının video yazısı mətbuatda yayılıb:

"Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyətə malik bir dəlildir".

Vurğulanıb ki, bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir:

"Qərbi Azərbaycan İcması bu məsələ ilə bağlı BMT Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir".

AzVision.az



Teqlər:





Xəbər lenti