Hər üç iranlıdan biri yoxsuldur

   Hər üç iranlıdan biri yoxsuldur
  30 Noyabr 2023    Oxunub:1046
İran əhalisinin 30%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı-alim və universitet professoru Məsud Nili öz çıxışında belə məlumat açıqlayıb.

“Statistika göstərir ki, biz yoxsulluğun azaldılması sahəsində heç bir xüsusi nailiyyət əldə etməmişik və o həddə çatmışıq ki, 2023-cü ildə əhalimizin təxminən 30%-i yoxsulluq həddinin altındadır. Bu da 26 milyona yaxın insan deməkdir”, - Nili deyib.

Bundan əvvəl Dünya Bankı sanksiyaların, pis iqtisadi idarəetmənin və qeyri-sabit beynəlxalq neft qiymətlərinin ümumi təsiri üzündən İranda 10 milyon insanın tam yoxsulluğa düçar olduğunu və İran xalqının 40%-nin yoxsulluq riski altına düşdüyünü bildirib.
AzVision.az


Teqlər: İran   yoxsulluq  





Xəbər lenti