İsrail “Hizbullah”a hava zərbələri endirib

İsrail “Hizbullah”a hava zərbələri endirib
  09 Dekabr 2023    Oxunub:987
İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının komanda və idarəetmə mərkəzinə hava zərbələri endirdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, müvafiq məlumat İsrail Ordusunun teleqram kanalında yerləşdirilib.

Qeyd olunub ki, Livan ərazisindən İsrailin şimalındakı bir neçə bölgəyə atışlar qeydə alınıb və həmin nöqtələrə hava zərbələri endirilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “Hizbullah”ın eskalasiyası Livanın məhvinə səbəb ola bilər.

AzVision.az



Teqlər: İsrail   Hizbullah  





Xəbər lenti