Parkinson xəstəliyi: Kişi beyni qadına nisbətən daha tez qocalır

   Parkinson xəstəliyi:    Kişi beyni qadına nisbətən daha tez qocalır
  19 Fevral 2024    Oxunub:767
Parkinson xəstəliyi olan kişi beyinləri qadınlara nisbətən daha tez qocalır.
Bunu “npj Parkinson's Disease” jurnalında dərc olunan araşdırma göstərib. Parkinson - titrəmə, həmçinin koqnitiv geriləmə və emosional pozğunluqlar ilə xarakterizə olunan neyrodegenerativ xəstəlikdir və kişilərdə daha çox rast gəlinir.

Tədqiqatlar Parkinson təzahürlərində cinsi fərqləri ortaya qoyub. Belə ki, kişilər koqnitiv pozğunluğa daha çox meyllidirlər, qadınlarda isə daha yüngül simptomlar olur. Yeni işdə alimlər sağlam və xəstə insanların beyin skanlarını təhlil edərək bu tapıntıları sınaqdan keçiriblər.

Məlum olub ki, Parkinson xəstəsi olan xəstələrdə beyin sağlam insanlara, xüsusən də kişilərə nisbətən daha tez qocalır. Tədqiqat xəstəliyin müalicəsində cinsi fərqlərin nəzərə alınmasının vacibliyini vurğulayır.


AzVision.az


Teqlər:





Xəbər lenti