Gəncədə 9 yaşlı qız xəstəxanada öldü

   Gəncədə 9 yaşlı qız xəstəxanada öldü
  20 Fevral 2024    Oxunub:781
Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.
Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R. Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir.

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.( Qafqazinfo)

AzVision.az


Teqlər:





Xəbər lenti