Bakı-Sumqayıt qatarındakı nasazlıqla bağlı AÇIQLAMA

  Bakı-Sumqayıt qatarındakı nasazlıqla bağlı  AÇIQLAMA
  22 Fevral 2024    Oxunub:901
Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.
Bu barədə AzVision.az -a ADY-dən bildirilib.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.

Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə edilib.

“Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir” - məlumatda qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti