"Hava limanına və Xırdalana metro çəkilməsi planda yoxdur"

   "Hava limanına və Xırdalana metro çəkilməsi planda yoxdur"
  29 Fevral 2024    Oxunub:446
"Hava limanına və Xırdalana metro çəkilməsi ilə bağlı hələlik hansısa bir plan yoxdur".
AzVision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı şəhərinin inkişaf proqramı bir neçə variantda təqdim olunub və 2011-ci il layihəsində belə plan yoxdur:

"2040-ci ilədək olan Baş planda Bakı şəhərində stansiyaların artırılması nəzərdə tutulub. Amma hava limanına və Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulmur. Ola bilsin ki, 2040-cı ildən sonra hər iki istiqamətə metro xətti çəkilsin".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti