"Video çəkib müəllimlərin üzərinə getmək düzgün deyil" - Nazir

   "Video çəkib müəllimlərin üzərinə getmək düzgün deyil" -    Nazir
  29 Fevral 2024    Oxunub:564
"Son vaxtlar məktəblərdə şagirdlər arasında neqativ halların baş verməsi ilə bağlı məlumatlar yayılır. Nazirlik olaraq baş verən hadisələrin başvermə səbəblərini öyrənməyə çalışırıq. Nəzərə almaq lazımdır ki, 1 milyondan çox təhsil alanı olan məktəblərdə xoşagəlməz halların olması qaçılmazdır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradır:

"Baş verən hadisələrə hüquq mühafizə orqanları qiymət verir. Əgər onlar hadisədə cinayət əməli olduğunu müəyyən edirsə, günahkar şəxslərə cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər.

Məktəb rəhbərliyi xırda xoşagəlməz halların qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur. Nəzərə almaq lazımdır ki, valideyn də bəzən mübahisə etdiyi uşaqlarını sakitləşdirməkdə çətinlik çəkir. Bütün hallarda baş verən hadisələrlə bağlı görüntüləri videoya çəkib müəllimlərin üzərinə getməyi düzgün hesab etmirik".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti