Bakı metropolitenində gediş haqları artırılacaq?

   Bakı metropolitenində gediş haqları artırılacaq?
  29 Fevral 2024    Oxunub:576
Bakı metropolitenində gediş haqlarının artırılması müzakirə edilmir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

O, eyni zamanda bu il Bakıya yeni vaqonların gətiriləcəyini deyib:

"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti