Masallıda emalatxana yanıb

   Masallıda emalatxana yanıb
  02 Mart 2024    Oxunub:883
Masallı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 49 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın  





Xəbər lenti