Azərbaycanda 9 kişiyə mühafizə orderi verilib

 Azərbaycanda 9 kişiyə mühafizə orderi verilib
  20 May 2024    Oxunub:863
2023 cü ildə 180 sı qısamüddətli, 16 sı uzunmüddətli olmaqla, ümumilikdə 196 mühafizə orderi icraatda olub. 29 mühafizə orderi isə qalıq kimi növbəti hesabat dövrünə keçib.
Bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında əksini tapıb.

Mühafizə orderlərindən 187 si qadınlar, 9 u kişilər barədə verilib. 139 mühafizə orderinin icrası təmin olunub və icraatına xitam verilib. 3 mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib, 14 mühafizə orderi “İcra haqqında” qanunun maddələrinə əsasən geri qaytarılıb. 8 mühafizə orderi digər maddələr ilə icraatdan çıxarılıb, 29 mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.

Xatırladaq ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən, məişət zorakılığından zərərçəkmiş şəxslərə mühafizə orderi verilir.

AzVision.az


Teqlər:





Xəbər lenti