Adı dəyişdirilən teatrların işçilərinin əməkhaqqı artırılır
"Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na əsasən, bu status teatrlara onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxili və xaricində nailiyyətlərinə, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.
Beləliklə, sözügedən teatrlar artıq Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı adlanacaq.
Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
AzVision.az