Şirvanda bəzi attraksionların istismarı dayandırılıb - VİDEO

Şirvanda bəzi attraksionların istismarı dayandırılıb -    VİDEO
  21 May 2024    Oxunub:779
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, Agentliyin müfəttişləri tərəfindən Şirvan şəhərində yerləşən “Füzuli parkı”nın ərazisində fəaliyyət göstərən fərdi sahibkar Səfərov Sənan Amil oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.



AzVision.az



Teqlər:





Xəbər lenti