Əsədin xanımına leykemiya diaqnozu qoyulub

Əsədin xanımına leykemiya diaqnozu qoyulub
  21 May 2024    Oxunub:757
Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykemiya diaqnozu qoyulub.
Bu barədə dövlət başçısının ofisindən məlumat verilib.

"Birinci xanım müvafiq sosial məsafəyə nail olmaqla, təcrid şərtlərini tələb edən xüsusi müalicə protokolundan keçəcək. Buna görə də o, bir müddət işlərdən uzaqlaşacaq və tədbirlərdə müalicə planına uyğun olaraq iştirak edəcək”.

48 yaşlı Əsma çoxuşaqlı anadır və o, persona non qrata olmaqla ABŞ və Avropa Birliyinin sanksiya siyahısına daxil edilib. 2018-ci ildə Suriya prezidentinin həyat yoldaşına erkən mərhələdə xərçəng diaqnozu qoyulub. Bir il sonra birinci xanım xəstəliyi məğlub edə bildiyini açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti