Sosial yardım alanların sayı 70 mini keçib

Sosial yardım alanların sayı 70 mini keçib
  22 May 2024    Oxunub:775
Hazırda ünvanlı dövlət sosial yardım alanların sayı 70 mini keçib.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müqayisə üçün bildirib ki, 2018-ci ilin sonunda cəmi 35 min ailəyə ünvanlı dövlət sosial yardım verilirdi.

Əvvəlki illərdə cəmi min ailə özünüməşğulluq proqramına cəlb edilirdisə, indi isə bu, ildə 16 mindir. Nazir qeyd edib ki, peşə hazırlığına cəlb olunanların sayı isə hazırda 18 min təşkil edir. Sahil Babayev islahatların dayanıqlılığını və dövlətin imkanlarını əsas məsələ kimi səciyyələndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti