"Yeddi mindən çox keçmiş köçkün artıq öz torpaqlarında yaşayır"

   "Yeddi mindən çox keçmiş köçkün artıq öz torpaqlarında yaşayır"
  06 İyun 2024    Oxunub:540
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar.
AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən deyib:

“Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti