Amerikalı ekspert: “Seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin qorunmasının açarıdır”

   Amerikalı ekspert:    “Seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin qorunmasının açarıdır”
  16 Avqust 2024    Oxunub:843
“Qarşıdan gələn Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində nəzarəti təmin etdikdən sonra ilk parlament seçkiləridir. Bu baxımdan parlament seçkiləri indiki və gələcək nəsillər üçün regional sabitlik və insan hüquqlarının müdafiəsi, həmçinin, Azərbaycanın suverenliyinin qorunması üçün vacibdir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

O qeyd edib ki, Azərbaycan son iyirmi ildə böyük iqtisadi və sənaye inkişaf yolu keçib.

“Parlament seçkiləri demokratik təsisatların necə fəaliyyət göstərməsinin əsl nümunəsidir. Bakı bütün dünyaya nümayiş etdirir ki, qanunvericilik orqanlarına seçkilər suveren ölkədə çiçəklənən demokratik prosesin və azad seçkilərin qorunmasının açarıdır.

Azərbaycan Respublikası inkişaf etmiş dövlətə çevrilib, regionda və Avropada regional sabitliyin, iqtisadi tərəqqinin simvolu və institusional effektivliyin mənbəyidir. Demokratik prinsiplər, dini tolerantlıq və multikulturalizm Azərbaycanın çiçəklənən bir dövlət kimi formalaşması üçün əsas mənbələrdir”, - deyə o bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti