Cavid Mövsümlü: “Azərbaycan sentyabrın 1-də daha bir tarix yazacaq”

   Cavid Mövsümlü:    “Azərbaycan sentyabrın 1-də daha bir tarix yazacaq”
  17 Avqust 2024    Oxunub:1594
“Bu ilin fevralında baş tutan Prezident seçkiləri mühüm tarixi hadisə kimi yaddaşlarda qaldı. İşğaldan azad olunmuş ərazilərə qayıtmış vətəndaşlar ilk dəfə səslərini öz doğma yurdlarında verdilər. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açıldı. Milli Məclisə keçirilən seçkilər də bu mənada tarixə düşəcək”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tarixçi alim Cavid Mövsümlü deyib.

Cavid Mövsümlü hesab edir ki, xalq bir sıra səbəblərdən budəfəki seçkidə daha fəal olacaq: “Milli Məclisin suverenliyin tam bərpasından sonra yenidən formalaşması mühüm əhəmiyyətə malikdir. Təxminən 30 ildən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq parlament seçkiləri ilə bağlı qutular qoyulacaq. İnsanlar öz doğma yurdlarında səs verəcək, Qarabağdakı evlərindən çıxaraq səsverməyə gedəcəklər. Biz daha bir mühüm tarixi yazacağıq. Dünyaya suverenliyimizi tam bərpa etdiyimizi bir daha nümayiş etdirəcəyik. Bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə də ilk dəfə bələdiyyə seçkisinin keçiriləcəyi deyilir. Bunun özü də tarixdir!”.

AzVision.az



Teqlər:





Xəbər lenti