Turizm zonalarında iri müəssisələrin fəaliyyəti qadağan edilir
“Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 turizm və rekreasiya zonasının yaradılması təklif olunur.
Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaqdır. Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur”, - deyə V.Bayramov bildirib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: turizm rekreasiyazonası