COP29-un Media Akkreditasiya Mərkəzi ilə tanışlıq olub

COP29-un Media Akkreditasiya Mərkəzi ilə tanışlıq olub
  19 Oktyabr 2024    Oxunub:707
Milli Gimnastika Arenasında COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevin iştirakı ilə Media Akkreditasiya Mərkəzi ilə tanışlıq olub.
AzVision.az xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti və iş qrafiki barədə məlumat verilib.

Bildirilib ki, mərkəzə ilk dəfə daxil olacaq jurnalistlər Akkreditasiya Kartlarının Paylanılması Mərkəzindən müvafiq kartları əldə etdikdən sonra COP29 günlərində fəaliyyətlərini davam etdirə biləcəklər.

Mərkəzlə tanışlıq zamanı akkreditasiya prosesində yarana biləcək "fors-major" halların operativ şəkildə aradan qaldırılması üçün görüləcək tədbirlər barədə də müfəssəl informasiya verilib.

Daha sonra COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə akkreditasiya kartı təqdim olunub.

Bundan sonra qonaqlar uniformaların paylanılması mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, fəaliyyətin operativ qaydada təşkili üçün bütün lazımi tədbirlər həyata keçirilib. Bunun ardınca müvafiq uniforma və zəruri ləvazimatlar COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayevə verilib.

Tanışlıq peosesinin sonunda birgə foto çəkdirilib(apa).

AzVision.az



Teqlər:





Xəbər lenti