İşğaldan azad olunmuş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil edilib - VİDEO
İnfotur Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib. Tədbirə qatılan Füzuli rayonundan olan məktəblilərə Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib.
İndiyədək Füzuli şəhərində 823 ailənin (3136 nəfərin) məskunlaşması təmin edildiyi bildirilib. Məktəblilər Füzuli şəhərində yeni salınmış yaşayış binaları, parklar, məktəb və digər yerlərlə tanış olublar. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad olunmuş ərazilərə infoturlar davam etdiriləcək.
AzVision.az