Nazir: “Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik”

   Nazir: “Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik”
  24 Oktyabr 2024    Oxunub:341
Azərbaycanın Elm və Təhsli naziri Emin Əmrullayev gələcəkdə ali məktəblərə qəbul planını daha da artırmaq istədiklərini bildirib.
AzVision.az xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açqılamasında gələn illərdə qəbul planının artırılması zərurətinin obyektiv əsbəblərini açıqlayıb.

“Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı”, - nazir deyib.

O, Elm və Təhsil nazirliyinin qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarı olduğunu vurğulayıb.

- İstəyimiz budur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın”, - Emin Əmrullayev bildirib.

AzVision.az




Teqlər: təhsil   plan   artım  





Xəbər lenti