"TikTok For Business" platforması təqdim edilib

"TikTok For Business" platforması təqdim edilib
  24 Oktyabr 2024    Oxunub:258
TikTok bu gün "Four Seasons Hotel Baku"da keçirilən tədbirdə Azərbaycandakı auditoriyaya "TikTok For Business" platformasını təqdim edib.
Platforma haqqında məlumat verən TikTok-un Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiyada Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz "TikTok For Business"in biznes vəzifələrinin effektiv həllinə kömək etdiyini deyib.

Bu platforma həmçinin brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır: "Azərbaycanda şirkətlərin, iş adamlarının TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik”.
Bundan sonra ölkəmizdəki şirkətlər TikTok-da bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

O da vurğulanıb ki, ölkəmizdə əsas populyar məzmun kateqoriyaları təhsil, mətbəx və idman kimi sahələri əhatə edir. Həmçinin, musiqi və milli mətbəxlə bağlı yerli məzmunun məşhurluğunun artması da müşahidə olunur.

AzVision.az


Qalereya




Teqlər: Tiktok  





Xəbər lenti