Avstriyada da ifrat sağçılar üçün hakimiyyətə yol açıldı

Avstriyada da ifrat sağçılar üçün hakimiyyətə yol açıldı
  06 Yanvar 2025    Oxunub:508
Avstriyanın ifrat sağçı Azadlıq Partiyasının (FPO) lideri Herbert Kickl bazar ertəsi prezident Alexander Van der Bellen ilə görüşüb.
AzVision.az xəbər verir ki, baş nazir Karl Nehammerin istefası hökumətin sağçılar tərəfindən qurulacağı fikrini gücləndirib.

1950-ci illərdə Hitlerin SS zabitlərindən biri tərəfindən qurulan və AB əleyhinə mövqedə olan FPO sentyabr ayında keçirilən ümumi seçkilərdə 29 faizdən çox səs toplayaraq ilk dəfə lider partiya olub.

Partiya əvvəllər koalisiya tərəfdaşı kimi hakimiyyətə gəlsə də, heç vaxt birinci partiya kimi hökuməti idarə etməyib. Kickl bazar günü axşam qısa bir paylaşımında kampaniya şüarını təkrarlayıb və Van der Bellen ilə görüşməzdən əvvəl şərh verməyəcəyini söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti