"3-5 günə sağalmasalar, bizə müraciət edin!" - Pediatr

     "3-5 günə sağalmasalar, bizə müraciət edin!"  - Pediatr
  07 Yanvar 2025    Oxunub:708
Son zamanlar uşaqlar arasında xəstəliklərin artması təkcə ailələri deyil, həm də cəmiyyətimizi ciddi narahat edir. Hər bir valideyn üçün övladının sağlamlığı prioritetdir, amma artan mövsümi viruslar, infeksiyalar, eləcə də digər xəstəliklərlakin onların qayğılarını daha da artırıb.
Respublika Pediatriya Mərkəzi Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının uzman pediatrı Aysel Qədimova AzVision.az -a bildirib ki, hazırda qış mövsümündə olduğumuz üçün uşaqlar arasında yuxarı tənəffüs yollarının virus infeksiyaları artıb.

Yeni epidemiya riski: Metapnevmovirus təhlükəlidirmi?
"Xəstəlik yüksək hərarət, baş-boğaz ağrısı, burun axması, öskürək kimi şikayətlərlə başlayır. Vaxtında lazımı tədbir görülərsə, uşaqlar 3-5 gün ərzində sağalırlar. Əks halda otit, sinuzit, pnevmoniya kimi ağırlaşmalarla qarşılaşa bilərik. Hərarət yüksəkliyi 3 gündən artıq davam edərsə, şiddətli baş ağrısı, qusma, kəskin qarın ağrısı, maye və qidadan imtina kimi hallar varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Ümumiyyətlə, tövsiyə edirik ki, valideynlər uşaqları C vitamini ilə zəngin meyvə-tərəvəzlərlə qidalandırsınlar, yuxu rejiminə nəzarət etsinlər. Uşaqların əllərini tez-tez sabunlu su ilə yusunlar və vaxtaşırı peyvəndləməni icra etsinlər", - deyə həkim qeyd edib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   virus  





Xəbər lenti