Dünya pravoslavları Milad bayramını qeyd edir
Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.
Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.
Prezident İlham Əliyev hər il Milad bayramında pravoslavları təbrik edir.
AzVision.az
Teqlər: