Lavrov: “Ermənistan yüz ölçüb, bir biçməlidir!”

      Lavrov:    “Ermənistan yüz ölçüb, bir biçməlidir!”
  14 Yanvar 2025    Oxunub:530
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva ilə İrəvan arasında münasibətlərin indiki mərhələdə sadə olmadığını bildirib.
AzVision.az xəbər verir ki, 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının suveren olduğunu və Moskvanın İrəvanın kiminlə dost olacağına qarışmadığını deyib.

Bununla belə, Sergey Lavrov İrəvanı “bu məsələnin müsbət və mənfi tərəflərini ölçüb-biçməyə” çağırıb.

“Ermənistan hökumətinin istənilən beynəlxalq ittifaqa üzvlüklə bağlı qərar vermək hüququ var. Lakin o, müsbət və mənfi cəhətləri ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır. Ermənistan eyni vaxtda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

Lavrov, həmçinin Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Rusiyaya dəvət olunduğunu və onun səfərinin yaxın vaxtlarda baş tuta biləcəyinə ümid etdiyini bildirib.

"İrəvan Kremlin səbr kasasını daşırır" - Ermənistan mediası
Qeyd edək ki, son illər Rusiyanın patronajlığından çıxaraq Qərbdə özünə yeni ağalar tapması, Aİ-yə inteqrasiya kursunu seçməsi və hətta ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi bağlamaq eşqinə düşməsi Moskvada ciddi narazılığa səbəb olur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   Rusiya   Ermənistan  





Xəbər lenti