Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Qeyd olunub ki, görüşdə Komissiyanın üzvləri - xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər.
Pakistanın prezidenti Azərbaycan nümayəndə heyətini Pakistanda salamlamaqdan məmnunluğunu ifadə edib, dost və qardaş ölkələrin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. O, Pakistanın və Azərbaycanın mənafelərinin təmin olunmasına layiqli töhfələrini verən Birgə Komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.
V.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan prezidentinə və xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
Nazir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti barədə məlumat verərək, bu təsisatın Azərbaycan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın inkişafında, müştərək məqsədlərin real nəticələrə çevrilməsinin təmin edilməsində mühüm rol oynadığını bildirib.
V.Mustafayev Birgə Komissiya vasitəsilə qəbul olunan qərarların və əldə olunan razılaşmaların gələcəkdə iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
AzVision.az
Teqlər: