Ermənistan parlamentində dava düşüb - VİDEO

   Ermənistan parlamentində dava düşüb    - VİDEO
  22 Aprel 2025    Oxunub:390
Bu gün Ermənistan parlamentinin iclasında hakim partiyanın deputatları ilə müxalifətçilər arasında əlbəyaxa dava olub.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, münaqişə parlamentin sədri Alen Simonyanın “Ermənistan” müxalifət fraksiyasında daxili fikir ixtilafının olması barədə bəyanatından sonra alovlanıb. Bu fraksiyadan olan deputat Qarnik Danielyan etiraz etməyə çalışıb və bu, şifahi mübahisəyə səbəb olub.

Mübahisəyə hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri müdaxilə edib və vəziyyət deputatlar Vahe Alumyan və Qeqam Manukyan arasında qışqırşmaya və fiziki
toqquşmaya çevrilib.

Asayişi bərpa etmək üçün zala dövlət mühafizə xidmətinin əməkdaşları çağırılıb və Alen Simonyan iclasda 20 dəqiqəlik fasilə elan edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   parlament   dava  





Xəbər lenti