Lavrov: “Müharibə dondurulmayacaq”

            Lavrov:    “Müharibə dondurulmayacaq”
  26 Fevral 2025    Oxunub:423
Ukraynada müharibənin təmas xətti boyunca dondurulması mümkün deyil, çünki bu, Rusiya Konstitusiyasına ziddir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında belə deyib. O, həmçinin atəşkəsdən sonra Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsinə Moskvanın münasibətinə aydınlıq gətirib.

“Müharibənin təmas xəttində dondurulması olmayacaq. Bizim Konstitusiyamız var. Habelə, Moskva atəşkəsdən sonra Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi imkanını nəzərdən keçirmir. Hərbi əməliiyatları indən sonra da gərginləşdirmək üçün avropalılar bu yanaşmanı sırımağa çalışıralr. Ukraynaya qoşun yeritmək kimi sadə mexaniki işlərlə qurtulmaq mümkün deyil. Münaqişənin əsas səbəbləri haqqında danışmaq lazım gələcək”, - Sergey Lavrov bildirib.

Onun iddiasına görə, Ukraynada hələ də “rus dilində daha rahat danışan” “əcdadlarının ənənələrini qorumaq istəyən” insanlar var. Bu baxımdan, sülhməramlı qüvvələrin yerləşdirilməsi istəyi münaqişəni qızışdırmağa yönəlib.

ABŞ və Rusiya nümayəndələri Türkiyədə görüşəcəklər
Lavrov, həmçinin Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivləri məsələsinin Ukrayna üzrə danışıqların gündəmində qaldığını açqıalyaraq, ABŞ-nin Dövlət katibi Marko Rubionun bu problemin həllini müzakirə etməyə hazır olması ilə bağlı açıqlamalarını “sağlam düşüncələr” kimi qiymətləndirib.

- Əsasən avropalılar tərəfindən oğurlanan aktivlərimizə gəlincə, yox, bu barədə konkret söhbətlər olmayıb. Lakin mən şübhə etmirəm ki, nizamlanmanın bir hissəsi kimi bu mövzu harasa yox olacaq. İstənilən halda, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı tədbirlər cavabsız qalmayacaq”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

Qeyd edək ki, Sergey Lavrov Dohadakı mətbuat konfransında sabah İstanbulda Rusiya və ABŞ diplomatlarının səfirliklərin işi ilə bağlı görüş keçirəcəklkərini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Lavrov   müharibə   sülhməramlılar  





Xəbər lenti