DOST mərkəzlərində 160-dan çox xidmət göstərilir

Son illər ardıcıl sosial islahatlar çərçivəsində sosial müdafiə və aktiv məşğulluq proqramları xeyli genişləndirilib, ƏƏSMN-nin fəaliyyət istiqamətləri üzrə xidmətlərin inkişafı sahəsində mühüm addımlar atılıb.
Qeyd olunanlarla əlaqədar Fərmanla DOST xidmətlərinin siyahısı da yeni redaksiyada verilib. Siyahıda başlıqların, bəndlərin, yarımbəndlərin məzmunu dəqiqləşdirilib, xidmətlərin bölgüsü yenidən aparılıb.
Habelə siyahıda bir sıra yeni xidmət istiqamətlər də əksini tapıb. Beləliklə, DOST mərkəzlərində əvvəl 135 xidmət və Vahid Əlaqələndirmə Mərkəzləri (VƏM) vasitəsilə 21 xidmət olmaqla, cəmi 156 xidmət göstərilirdisə, yeni siyahıya əsasən, 143 xidmət və VƏM vasitəsilə 18 xidmət olmaqla, göstərilən xidmətlərin sayı 161-ə çatdırılıb.
AzVision.az