Azərbaycanda ən çox pul xərcləyən turistlər hansı ölkələrdən gəlir?

Bu ilin ilk ayında turizm məqsədi ilə Azərbaycana gələnlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib.
Hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub .
Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.
AzVision.az
Teqlər: Azərbaycan turistlər xərclər