Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

“UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Azərbaycan elm və təhsil naziri Zati-aliləri cənab Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini xanım Stefania Ciannini ilə görüşüb. Onlar təhsil sahəsində davam edən əməkdaşlıq və perspektivləri müzakirə ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşmüşdü.
AzVision.az
Teqlər: