İsrailin müdafiə naziri Katz Qəzzada yerli sakinləri təxliyə etməyə çağırıb

İsrailin müdafiə naziri Katz Qəzzada yerli sakinləri təxliyə etməyə çağırıb
  27 Mart 2025    Oxunub:1529
“İsrail ordusu tezliklə Qəzza zolağında döyüş zonasını genişləndirəcək, bu səbəbdən yerli sakinlər təxliyə edilməlidir.”
AzVision.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“İsrail ordusu tezliklə Qəzzanın əlavə ərazilərində tam qüvvə ilə fəaliyyət göstərəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib”, - o “X”-də Qəzza sakinlərinə göndərdiyi videomüraciətdə deyib.

Katzın sözlərinə görə, HƏMAS-ın silahlı tərəfdarları anklavın əhalisindən canlı qalxan kimi istifadə edirlər. Məhz buna görə də İsrail Qəzzada getdikcə daha çox ərazini daimi nəzarət altına almağa məcburdur.

“HƏMAS sizi, evlərinizi və daha çox ərazinizi itirməyə məcbur etməklə həyatlarınızı təhlükə altında qoyur”, - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti