İstanbulda Rusiya-ABŞ danışıqları keçirilir - VİDEO

   İstanbulda Rusiya-ABŞ danışıqları keçirilir  - VİDEO
  10 Aprel 2025    Oxunub:744
İstanbulda diplomatik nümayəndəliklərin işinin normallaşdırılması üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu başlayıb.
Bu barədə xarici KİV məlumat yayıb. Rusiya nümayəndə heyətinə ABŞ-yə yeni səfir təyin olunmuş Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir. Nümayəndə heyətlərinin ikinci raund danışıqları Rusiyanın Baş Konsulluğunun binasında keçirilir

Tramp: “Putin və Zelenski sazişə hazırdırlar”
Darçiyevin fikrincə, bu görüş Bayden administrasiyasının qoyub getdiyi “zəhərli irsdən” xilas olmağa kömək etməlidir.
Bundan əlavə, məsləhətləşmələrin yeni raundu zamanı Rusiya tərəfi ələ keçirilmiş diplomatik əmlakın qaytarılması, eləcə də birbaşa hava nəqliyyatının bərpası məsələsini qaldırmaq niyyətindədir.

Əvvəlki Rusiya-ABŞ danışıqları 27 fevral tarixində İstanbulda ABŞ-nın Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin yekun bəyanatında bildirilib ki, "müzakirələr məzmunlu və işgüzar şəraitdə keçib". Bundan sonra Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutub. Müzakirələr 12 saatdan çox davam edib. Ağ Ev və Kreml ekspert qruplarının Səudiyyə Ərəbistanında keçirdiyi görüşdən sonra bəyanat yayıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   İstanbul  





Xəbər lenti