Daha üç itkin şəhid dəfn olunacaq

   Daha üç itkin şəhid dəfn olunacaq
  17 Aprel 2025    Oxunub:796
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur.

M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti