Paşinyan: “Qarabağdan Ermənistana qarşı istifadə olunur”

      Paşinyan:    “Qarabağdan Ermənistana qarşı istifadə olunur”
  17 Aprel 2025    Oxunub:918
Ermənistanda “Qarabağ hərəkatı”nın davam etməsi dövlətçiliyə dağıdıcı təsir göstərir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı belə deyib.

“Bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin, suverenliyinin qarşısını almaq üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük. Bəzi xarici oyunçular Qarabağ məsələsindən Ermənistanın inkişafının qarşısını almaq, daha sonra isə onun dövlətçiliyini məhv etmək üçün istifadə ediblər”, - Paşinyan vurğulayıb.

Ermənistan Türkiyəni köməyə çağırır
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Bakı ilə İrəvan arasında sülh müqaviləsinin Türkiyədə imzalana biləcəyini də istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   Qarabağ   istifadə  





Xəbər lenti